!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədidə ağır yol qəzası - Ölən və yaralananlar var

!Reklam – Yazi

Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə “Lada Priora” işıq dirəyinə çırpılıb.

Qəza zamanı bir nəfər – Şəmkir rayonu, Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Salman oğlu Hüseynov həyatını itirib.

Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Emin Raquf oğlu Məmmədov və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv