!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədidə evlərə qənim kəsilən oğru yaxalandı

!Reklam – Yazi

Ağcabədi rayonunda evdən oğurluq edilib.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinə aprelin 25-də evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyatla 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılıb.

Ağdamda isə evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev saxlanılaraq istintaqa cəlb olunub.

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv