!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədidə iki avtomobil toqquşdu,ölən və xəsarət alanlar var

!Reklam – Yazi

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonunun Hindarx qəsəbəsindən keçən ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Fərəcov Natiq Fəqani oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə 1999-cu il təvəllüdlü Fətəliyev Süleyman Yelmar oğlunun idarə etdiyi “MG” markalı avtomobil toqquşub.

Nəticədə “MG” markalı avtomobildə olan sərnişin Həsənova Qəyanə Hüseyin qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə olan digər sərnişin Məmmədova Kəmalə Hüseyin qızı və “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Fərəcov Natiq Fəqani oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Fakta görə Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv