Reklam: High Technic
hightechnic

Ağdam klubunda Reynaldo şousu davam edir

Reklam: Sinerji Pro

63503Topaz Premyer Liqasında XXIII turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutub.

Mərkəzi qarşılaşma “Neftçi” və “Qarabağ” arasında keçirilib. “Bakcell Arena”da baş tutan oyunun taleyini bir qol həll edib. Reynaldo Silva 89-cu dəqiqədə vurduğu qolla “Qarabağ”a qələbə qazandırıb.

Bununla da ardıcıl üçüncü oyunda komandasına 1:0 hesablı qələbə qazandırıb. Belə ki, “Qarabağ” XXI turda AZAL-ı, XXII turda isə “Simurq”u Reynaldonun qolu hesabına yenmişdi.

“Qarabağ” əsas rəqiblərindən birini yerməklə çempionluq yolunda önəmli addım atıb. Ağdam klubu indi ikinci pillədəki “İnter”i 9, ehtiyatda bir oyunu olan “Neftçi”ini isə 13 хal qabaqlayır.

Qeyd edək ki, bu gün “Qəbələ” “Xəzər Lənkəran” 3:1 hesabı olə yenib, “Simurq” – “Sumqayıt” və AZAL – “İnter” oyunları 1:1 hesabı ilə başa çatıb (bu barədə başqa xəbərdə oxu). “Bakı” isə bu turda istirahət edib.

Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXIII tur

19 fevral
Neftçi – Qarabağ 0:1
Qol: Reynaldo Silva, 89.

www.yenicag.az

71