!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdam-Xankəndi yolu AÇILDI - "Azərbaycan bu mübahisədə qalib gələcək" - Sergey MARKOV

!Reklam – Yazi

BQXK-nin humanitar yükü daşıyan maşın Xankəndiyə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov özünün teleqram kanalında yazıb. O bildirir ki, RŞK-nin müşayiəti ilə Ağdam-Xankəndi marşrutu ilə keçən ilk maşınlar Xankəndidədir və BQXK-nin anbarına boşaldılır.

“Qırmızı Xaçın ərzaq ehtiyatı olan bir yük maşını Ağdam-Xankəndi marşrutu ilə keçərək artıq Xankəndiyə çatıb.

Azərbaycan təkid edir ki, Qarabağın ermənilərin yaşadığı və Rusiya sülhməramlılarının məsuliyyət zonasının yerləşdiyi hissəsinə təchizat Azərbaycan qanunlarına uyğun olaraq və Azərbaycan ərazisindən aparılmalıdır. Və indiyə qədər bu, yavaş da olsa, işləyir.

Ermənistan isə Qarabağın bu hissəsinin tədarükünün Azərbaycanın gömrük postlarından keçmədən birbaşa Ermənistandan gəlməsini istəyir.

Beləliklə, bu, regionda strateji kommunikasiyalar üzərində suveren nəzarətlə bağlı mübahisədir. Azərbaycanın bu mübahisədə qalib gələcəyinə heç kim şübhə etmir. Yeganə sual nə vaxt və hansı yol ilədir”.

Xuraman Etibarlı

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv