Ağdamda 4 otaqlı ev yandı

Ağdamda yanğın olub.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın rayonun Üçoğlan kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün atma taxtaları 12 m² sahədə və 2 ədəd pəncərə çərçivəsi qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.