!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdamda mina partladı - Yaralıların sayı artdı - YENİLƏNDİ

!Reklam – Yazi

Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərər çəkib.

Bu barədə Yenicag.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən hadisə zamanı həmçinin 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə zamanı həmçinin Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

***

Təmizlənməmiş ərazidə mina hadisəsi baş verib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, 2022-ci 8 oktyabr tarixində Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyesindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırır.

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv