!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdamda RƏZALƏT: Təcili yardım maşını çağırışlara getmir

!Reklam – Yazi

Ağdam rayon Təcili Tibbi Yardım Stansiyasında vətəndaşların çağırışına cavab verilmir.

Bu barədə Yenicag.az-a Ağdam rayon sakini Əliyev Rahim məlumat verib.

Şikayətçi bildirib ki, operator ona təcili tibbi yardım maşınının olmadığını deyib:

“Uşaqlarımın 4-dü xəstədir. Təcili tibbi yardıma zəng etmişəm. Operator deyir ki, cəmi iki təcili tibbi yardım maşını var, onları da əraziyə göndərmişik, xəstələri özünüz gətirin. Operator deyir ki, dövlət maaş vermədiyi üçün digər maşınlar işləmir”.

Şikayətçinin sözlərinə görə, Ağdamda təcili tibbi yardım maşını çağırmaq qədər mənasız iş yoxdur.

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv