!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdamda silah-sursatlar aşkarlandı

!Reklam – Yazi

Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax stansiya Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd dəmir yol xəttinin yaxınlığında 1 ədəd AK-74 markalı avtomat, 137 ədəd 5.45 mm.-lik patron, 35 ədəd 12.7 mm.-lik pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv