!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı: “Qarabağ şikəstəsi” səsləndi - YENİLƏNDİ + VİDEO

!Reklam – Yazi

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində rəqs ansamblının və hərbi orkestrin iştirakı ilə bədii proqram nümayiş olunub.

Lent.az-ın məlumatına görə, proqramda, həmçinin, “Qarabağ şikəstəsi” səsləndirilib.

***

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilir.

Yenicag.az bununla bağlı görüntüləri təqdim edir:

***

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv