Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağdaşda məmurun bahalı maşını belə yandı – VİDEO

31031Ağdaşda məmurun bahalı avtomobili yanaraq yararsız hala düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Ağdaş rayonu, Ləki qəsəbəsində, rayon mərkəzindən 15 km aralıda vətəndaşa məxsus “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.az xəbər verir ki, Hadisə şahidlərinin milli.az-a bildirdiklərinə görə isə, əslində yanan daha bahalı “Land Rover Discovery” markalı avtomobil olub. Onların sözünə görə, avtomobil qəfildən alışıb yanmağa başlayıb. Onun söndürülməsi üçün edilən cəhdlər isə heç bir nəticə verməyib və avtomobil yararsız hala düşüb.

Yerli sakinlərin sayta dediklərinə görə, avtomobil Ağdaşda işləyən yüksək vəzifəli məmurlardan birinə məxsusdur.

www.yenicag.az

283