!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdaşda narkotik satan keçmiş məhkum həbs olundu - FOTO

!Reklam – Yazi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Yuxarı Ləki kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Əhmədiyə Qafarov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Ə.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv