!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdaşda pirotexniki vasitələr satan şəxs saxlanıldı

!Reklam – Yazi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Ayaz Həsənov istifadəsində olan “Mercedes” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan təxmini 4 min manat dəyərində külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.

Ayaz Həsənov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv