Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Ağdaşda qanlı hadisə - Bələdiyyə sədrinin oğlu öldürüldü

Ağdaş rayonunda qətl hadisəsi törədilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Həsənov Sahib Baris oğlunu bıçaqlayıb.

Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılan Sahib Həsənov orada dünyasını dəyişib.

Məlumata görə, Sahib Həsənov bıçaqlanandan sonra hadisə yerində köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirib və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Qəribli kəndindən xəstəxanaya 2 saat sonra gətirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

798
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM