!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Agentliyin nümayəndə heyəti BMT İnkişaf Proqramının Cenevrə ofisinin direktoru ilə görüşdü - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Cenevrədə BMT-nin İnkişaf Proqramının Cenevrə ofisinin direktoru xanım Aqi Vereslə görüşüblər.

Yenicag.az xbər verir ki, ilk olaraq Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, qrant müsabiqələri, QHT-lərin beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib. O bildirib ki, ötən il Agentlik və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisi arasında imzalanan Memorandumun əsas məqsədlərindən biri Azərbaycanda donor qismində fəaliyyət göstərən BMT təsisatları ilə yerli QHT-lərin əlaqələrini gücləndirməkdir.

Nümayəndə heyətini BMT-nin İnkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib.

O bildirib ki, BMT-nin İnkişaf Proqramı hər zaman QHT-lərin bilik və bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib və Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv