!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Agentliyin nümayəndə heyəti Qəhrəmanmaraşda: Çadır şəhərciyində yaşayan ailələrlə görüşdülər - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində 2023-cü il fevralın 6-da Qəhrəmanmaraş şəhərində baş verən zəlzələ nəticəsində evlərini itirən və çadır şəhərciyində yaşayan ailələri ziyarət edib.

Yenicag.az xəbər verir ki, Qəhrəmanmaraş şəhərində “Südcü İmam Universiteti”nin daxilində hazırlanmış çadır şəhərciyinə gələn nümayəndə heyəti əvvəlcə universitetin rektoru cənab Alptekin Yasımla görüşüb və çadır şəhərciyi, orada yaşayan insanlar haqqında məlumat alıb. Daha sonra nümayəndə heyəti 1000-ə yaxın 5-15 yaşlı uşaq üçün gətirilən geyim və digər zəruri vasitələri zəlzələdən əziyyət çəkən uşaqlara paylayıb.

Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Qəhrəmanmaraş şəhərində tikilən “Heydər Əliyev adına məktəb”in inşaatı ilə tanış olublar və daha sonra Xocalı faciəsinə həsr olunan parkı ziyarət ediblər.

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv