!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağgöl Milli Parkındakı laləli çəmənliyə mediatur təşkil olundu - FOTO / VİDEO

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Ağgöl Milli Parkına mediatur təşkil olunub.

Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan lalələr parkda füsunkar mənzərə yaradıb. Sahəsi bataqlıqlardan, tipik çöl və yarımsəhra landşaftından ibarət olan Ağgöl Milli Parkı köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazidir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Yenicag.az-a açıqlamasında bildirib ki, Ağgöl Milli Parkı 2003-cü ildə təsis edilib. Bu parkın yaradılmasında məqsəd nadir və nəsli kəsilməkdə olan quşların mühafizəsidir. Bu il parkda 78 min quş qeydə alınıb:

“Eyni zamanda, Ağgöl Milli Parkında “Qırmızı Kitab”a düşmüş ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir. Ümumilikdə, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayğı zamanı parkda 87 baş ceyran qeydə alınıb”.

ETSN-in mətbuat katibi İradə İbrahimova isə açıqlamasında qeyd edib ki, təxminən 100 hektarlıq ərazidə qırmızı xalıya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir. Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir. Bu proses aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir.


Məsimə Məmmədova

Samir Məcidov

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv