Reklam: High Technic
hightechnic

“Ağıllı” jaketlər bu ilin payızında satışa çıxarılacaq

“Google” şirkəti və “Levis” brend geyim istehsalçısının yeni məhsulu olan “Ağıllı” jaketlər bu ilin payızında satışa çıxarılacaq.

Yeniçağ.Az xəbər verir ki, hələ iki il əvvəl şirkətlər birgə məhsulun – “Commuter” adlı texnoloji jaketin yaradılması barədə elan ediblər. İnsayderlər iddia edirlər ki, ilkin məlumatlara görə jaketin qiyməti 350 dollar təşkil edəcək.

“Ağıllı” üst geyimini velosipedçilər də istifadə edə bilər. O, parçadan olan gödəkcənin qollarına sadəcə toxunmaqla musiqi səsini nizamlamağa, smartfonundan telefon zənglərini qəbul etməyə və ya şəhər üzrə marşrutların hərəkətini yoxlamağa imkan verir.

Yeniçağ.Az

www.yenicag.az

125