!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağıllı saat taxmağın TƏHLÜKƏSİ: Bu əlamətləri gördüyünüz zaman...

!Reklam – Yazi

Plastik və rezindən hazırlanmış ağıllı saatlar bədənimiz üçün təhlükəlidir. Çünki bakteriyaların koloniyalaşması və yayılması üçün potensial cəlbedici mühiti təmin edir.

Yenicag.az Florida Atlantik Universitetində bir qrup alim tərəfindən aparılan qol saatlarının təhlükəsi haqda araşdırmanı oxuculara təqdim edir.

Ağıllı qol saatları Pseudomonas bakteriyası, stafilokokk, E.coli və insan dərisini parazitləşdirə bilən digər mikroorqanizmlər üçün hədəf ola bilər. Plastik və rezin qolbaqlar daha məsaməli, statik səthə sahib olduqları üçün bakteriyaların yayılması, kolonizasiyası üçün cəlbedici mühiti təmin edir. Qızıl və ya gümüşdən hazırlanan bilərzikləri bakteriyalar bəyənmir.

Alimlər 20 müxtəlif ağıllı saat üzərində araşdırma apardıqdan sonra 95%-nin səthində dəri xəstəlikləri və iltihaba səbəb ola biləcək potensial zərərli bakteriyaların olduğunu müəyyən ediblər. Elm adamları nisbətən az sayda olsa belə, bu patogenlər bədənimizə əhəmiyyətli təsir göstərə biləcəyini bildirib. İmmuniteti zəif olan insanlar üçün təhlükə xüsusilə kəskindir.

Tədqiqatda vurğulanır ki, bakteriyaya yoluxma riskini azaltmaq və bakteriyaların sevimli cihazınızda koloniyalaşmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət etmək və bilərzikləri mütəmadi olaraq dezinfeksiya etmək lazımdır.

Nəsimi Ələsgərli

www.yenicag.az

704
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv