!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağılsız siyasətlə uçuruma sürüklənən İRAN: "Cənub sərhədlərimizdə SEPAH qüvvələri ilə keçirdiyi təlimlər..."

!Reklam – Yazi

“İranın “körpülərdən keçiş” məşqləri sırf Azərbaycana nə vaxtsa müharibə edə biləcəyinə dair atdığı addımlardır”.

Bunu İranın Azərbaycanla sərhəd ərazilərdə keçirdiyi təlimlərdən sonra üzə çıxan Ermənistan-İran təxribat planından danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert Zəngəzur dəhlizinin açılmasının İranın “quyruq acısı” olduğunu bildirib:

“İranın Azərbaycanla düşmənçiliyinin əsas səbəblərindən biri iqtisadi çıxarlardır. Azərbaycanın Zəngəzur dəhlizinin açılması yönündə addımlarını görən İran düşmənçiliyi açıq müstəviyə keçirdi. Ermənistanı isə düşmənçilik istəklərinə alət edir.

Ermənistanın istəyi hər zaman üçüncü dövlət hesabına təhlükəsizliyi təmin etməkdir. Rusiyaya güvənmədiyi üçün, Fransa uzaq olduğundan İranı özünə qardaş bilir.

İran hazırda ölkədaxili gərginlik səbəbindən pis vəziyyətdədir. Ona görə də böyükmiqyaslı müharibəyə başlaya bilməz. Özü də dərk edir ki, maraqlı ölkələr İranı müharibəyə sürükləmək istəyir.

Hər zaman təhlükə və təhdidə hazır olmalıyıq. Xüsusən İranın dəfələrlə cənub sərhədlərimizdə SEPAH qüvvələri ilə keçirdiyi təlimlərdə şərti düşmən olaraq Azərbaycan ərazilərini göstərdiyini bilirik. Körpülərdən keçiş məşqləri sırf Azərbaycana nə vaxtsa müharibə edə biləcəyinə dair atdığı addımlardır. Bütün faktları nəzərə alaraq sərhədlərin təhlükəsizliyini daha da artırmaq lazımdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv