!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır günlər yaşayan Xatun: “Deyirdilər, ona tökülən pullar batacaq”

!Reklam – Yazi

“Sənətə yeni gəldiyim vaxtlarda kilolu idim. Çox adam qardaşıma deyirdi ki, Xatun tutuzdura bilməyəcək, niyə ona bu qədər xərc tökürsən?”

Bunu tanınmış müğənni Xatun sənətə gəldiyi çətin günlərdən danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Müğənni şou-biznesdə tanınmağında stilist qardaşı Balaşın ona arxa-dayaq durduğunu bildirib:

“Amma qardaşım Balaş mənə arxa-dayaq durmaqdan imtina etmədi, tanınmağım üçün nə qədər pullar xərclədi. Telekanallarda pullu siyahıda idim. Qardaşım bütün xərcləri ödəyib mənim ən reytinqli verilişlərdə iştirakımı təmin edirdi. Şəhərin ən bahalı salonlarında bəzənirdim. Qardaşıma olan hörmətə görə hamısı qulluğumda dururdu”.

Balaşın ölümündən sonra ağır depressiya yaşayan Xatun vəziyyətdən çıxmaq üçün həkimə müraciət etdiyini deyib:

“Balaşı itirəndə ağır günlər yaşadım. Düz bir il sərasər günüm ağlamaqla keçdi. Ağır xəstəlik tapa bilərdim, buna görə də həkimə müraciət etdim. Sonra yavaş-yavaş özümə gəlməyə başladım. Əslində, Balaşın ili çıxana qədər toylara, məclislərə getmək istəmirdim, amma bir yandan pandemiya, bir yandan maddi və mənəvi sıxıntılar məni buna məcbur etdi. O ərəfədə mənə başa saldılar ki, vəziyyətdən çıxmağın üçün evdə oturmamalısan.”

Müğənni bu sözləri “Özəl” verilişində deyib.

Nehru

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv