!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan əməkdar artist: “Qarmon sənəti öz kralını itirdi”

!Reklam – Yazi

“Aftandil İsrafilov qarman sənətinin kralı idi. Azərbaycan musiqisi öz sənətkarını, qarmon sənəti öz kralını itirdi. …”

Bu sözləri tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovun vəfatından kədərlənən tanınmış müğənni, Əməkdar artist Firuzə İbadova Yenicag.az-a acıqlamasında deyib.

O, A.İsrafilovu Azərbaycan qarmon sənətinin kralı kimi dəyərləndirib:

“Avtandil İsrafilov kimi sənətkarlar dünyaya tək-tək gəlir, əsl sənət adamı idi. Rəhmətlik maestro Niyazi onun haqqında deyirdi ki, Avtandil İsrafilov Azərbaycan musiqisinin Mosartıdır. Çünki musiqini beşbarmağı kimi bilirdi. Onun kimi sənətkar bu dünyaya tək gəlib, tək də gedir. Ölüm xəbəri məni çox sarsıtdı. Son vaxtlar xəstə olduğunu bilirdik, dua edirdik ki, sağalsın. Amma ölüm onu sevənlərindən alıb apardı. Ailəsinə səbir diləyirəm. Biz onunla dəfələrlə dövlət tədbirlərində, qastrollarda olmuşuq. Hər yerdə hörmət, izzəti var idi. Üzünə açılmayan qapı yox idi”.

Cəvahir

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv