!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan Mətanət: “Allaha yalvaracağam ki, bizi…” - FOTO

!Reklam – Yazi

“Allaha yalvaracağam ki, bizi axirətdə qovuşdursun”.

Yenicag.az xəbər verir ki, bunu bir müddət əvvəl dünyasını dəyişən atası Məhəmmədəli ilə bağlı kədərini bölüşərkən Əməkdar artist Mətanət İsgəndərli paylaşımında yazıb.

Ağır itkidən sarsılan müğənni atasının çəkdiyi dərdlərə dözməyərək dünyadan köçdüyünü bildirib:

“Atalı günlərim haradasınız? Haradan tapım sizi? Zalım, bivəfa, nankor dünya… Nifrət edirəm sənə, dünya. Atamı əlimdən alan dünya. Nə edim səni? Nəyimə lazımsan? Sən ki mənim əlimdən atamı aldın. Düşmənimsən, ey dünya, düşmənim. Gözün kor olsun, dünya. Axı atam yaşamaq istəyirdi. Onunla bağlı o qədər arzularım var idi. Atamın o yaralı, param-parça olan ürəyi dözə bilmədi bu haqsız, zalım dünyaya. Allah sənə rəhmət eləsin, ruhun şad olsun, mənim əziz atam. Ömrüm boyu qəlbimdə yaşayacaqsan. Hər zaman Allaha yalvaracağam ki, bizi axirətdə qovuşdursun”.

Nehru

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv