!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan Xalq artisti: “Bilirdim ki, bir-iki ay ömrü qalıb, buna görə də…”

!Reklam – Yazi

“Bilirdim ki, bir-iki aya getməlidir. Özümü buna hazırlamışdım…”

Yenicag.az xəbər verir ki, bunu Xalq artisti, tanınmış aktyor Valeh Kərimov həyatı boyu yaşadığı ən ağır günlərindən danışarkən deyib.

Aktyor yaşadığı sarsıntılardan və həyatının ən ağır itkilərindən danışıb:

“Həyat yoldaşım uzun müddət ağır xəstəliklə mübarizə apardı. Bəlkə də övladlarım bu itkiyə hazır deyildi, amma mən özümü hazırlamışdım. Çünki bilirik ki, hansı xəstəlik sağala bilər, hansı yox.

Həyatımda qarşılaşdığım belə 3-4 ağır məqam olub.

Qardaşlarım cavan ikən həyatlarını itirib. Bu hadisələri çox ağır keçirmişəm.

Təcrübəm var idi. Bilirdim ki, həyat yoldaşım da ən çox yaşasa, bir-iki ay yaşayacaq. Getməlidir”.

Səhnədən uzaq qalan Xalq artisti bunu da özü üçün ən ağır sarsıntı hesab edib:

“Sənətimdən ayrı qalmaq da məni şil-küt edir. Bu sənətə gələndə nə maaş fikirləşirdik, nə ailə, nə başqa şey. Yalnız arzuladığımız obrazlar barədə fikirləşirdik. Mən o obrazları arzulaya-arzulaya sənətə gəldim. Bu gün səhnədən kənarda olmaq mənə çox ağırdır. Amma heç vaxt qapı döyməmişəm. Döyənlərə də pis baxmıram. Amma özüm bacarmıram”.

Aktyor bu sözləri efirdə söyləyib.

Cəvahir

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv