!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan Xalq artisti: “Birazdan oğluna qovuşacaq”

!Reklam – Yazi

“Son günlər səhhətində irəliləyiş var idi. Gözünü açırdı, hərəkətləri ilə reaksiya verirdi. Bu da bizi çox ümidləndirdi. Deyirdik, Elxan kəfəni yırtdı. Amma hardan biləydik k, əcəl qapıda gözləyirmiş…”

Bunu dünən dünyasını dəyişən məşhur aktyor Elxan Qasımovla bağlı kədərini ifadə edərkən Xalq artisti, tanınmış aktrisa Xalidə Quliyeva Yenicag.az-a açıqlamasında deyib.

O, sənət dostunun ölümününün gözlənilməz olduğunu bildirib:

“Əziz dostumuzu son mənzilə yola salmağa gəlmişik. Xəbər o qədər gözlənilməz və ağırdır ki, sözlə ifadə etmək belə çətindir. Elxan həyatdolu insan idi, yaşamaq həvəsi o qədər güclü idi ki… Ağlımızdan da keçməzdi ki, bu gün onu son mənzilə yola sala bilərik. Həmişə Elxanı şən, şux, tox görümüşük. Elxan o sənətkarlardan idi ki, həmişə sənətinə, şəxsiyyətinə hörmətlə yanaşılıb və yaddaşlarda da eləcə qalacaq. Özünün vəsiyyəti olub ki, oğlunun yanında dəfn edilsin. Birazdan oğluna qovuşacaq. Heyif Elxana, ölüm ona yaraşmırdı”.

Cəvahir

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv