Ağır itkidən sarsılan xalq artisti: “Eşidəndə dəhşətə gəldim”

Xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov mərhum aktrisanı yad edib:

“Zərnigar xanım olduqca istedadlı aktrisa idi. O, mənim tamaşalarımda rol alıb. Kaprizləri olmayan, rejissora inanan bir aktrisa idi. O, yalnız səhnədə deyil, kinoda da mükəmməl və yaddaqalan obrazlar yaratmışdı. Şəxsi həyatında tənha idi və bu tənhalığı onun faciəsi ilə bitdi. Amma sənət aləmində tənha deyildi. Onu sevən milyonlarla tamaşaçı vardı. Bu sevgi onu yaşadırdı. Onunla son görüşümüz Bulvarda oldu. Ölümündən bir müddət əvvəl görüşdük. Soruşdum ki, niyə yeni tamaşalarda oynamırsan, teatra gəlib-getmirsən? Dedi “vaxtilə yaratdığım obrazlarımla yaşayıram. Amma yaxşı bir səhnə əsəri olsa, gəlib oynayaram”. Ölüm xəbərinə çox sarsıldım. Ağır itki idi, eşidəndə dəhşətə gəldim. Azərbaycan teatrı onun simasında böyük aktrisasını itirdi”.

Cəvahir

COP29