!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağır itkidən sarsılan Xalq artisti: “Hələ də özümə gələ bilmirəm”

!Reklam – Yazi

“Acı xəbəri mənə qızım dedi. Deyəndə ki, ata, sosial şəbəkələrdə Ruhəngiz xanımın dünyasını dəyişməsi ilə bağlı xəbər yayılıb, çox sarsıldım. Hələ də bu xəbərdən özümə gələ bilmirəm”.

Bunu dünən dünyasını dəyişən mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova barədə danışarkən Xalq artisti Oqtay Rəcəbov Yenicag.az-a açıqlamasında  deyib.

O, həmkarını həm gözəl bəstəkar, həm də insan kimi xatırlayıb:

“Heyif ki, doğma insanlar haqqında keçmiş zaman şəkilçisində danışırıq. Bir yarpaq da düşdü musiqi dünyasından. Alim də olmaq olar, gözəl bəstəkar da… Amma ən əsası insan olmaqdır. Hər adam insan ola bilmir. Ruhəngiz xanım insanlığı ilə həmişə fərqlənib. Hamı ilə dil tapmağı bacarırdı, halal adam idi. Bəstəkar kimi onun elə tək “Ay ana dostum evlənir” mahnısı bəs edir ki, Ruhəngiz xanımın yaradıcılığı barədə söz deyə biləsən. Dahi Rəşid Behbudovun ifasında səslənən bu əsər bütün dünyanı gəzib dolaşıb. Rəşid Behbudov onun yaradıcılığına xüsusi diqqətlə yanaşırdı. Son vaxtlar səhhətində problemlər var idi. Buna rəğmən gərgin şəraitdə çalışırdı, musiqilər yazırdı. Onsuz da bir gün gələn bir gün gedər bu dünyadan. Fərqi yoxdur, gec, ya tez. Amma yaradıcı insanların ölümü fərqli olur. Ruhəngiz Qasımova cismən bu dünyadan köçdü, amma onun ömrünü musiqiləri davam etdirir. Hər dəfə o mahnılar səsləndikcə, Ruhəngiz Qasımova da yaşayacaq”.

Cəvahir

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv