!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan Xalq artisti: “Özümdə güc tapa bilmirəm”

!Reklam – Yazi

“O dəhşətli hadisədən sonra əlim hər işdən soyudu, depressiyaya düşdüm. Hələ də o itkinin təsiri altındayam”.

Bunu uzun müddətdir efirlərə çıxmayan və səhnə fəaliyyətini donduran tanınmış müğənni, Xalq artisti Zümrüd Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

Müğənni həyatında yaşadığı ağır itkidən sonra səhnə fəaliyyətinə fasilə verdiyini bildirib:

“Dünyalar qədər sevdiyim bacımın qəfil itkisi məni sarsıtdı. Çox ağır günlər yaşadım. Heç nəylə özümü ovuda bilmədim. İki ilə yaxın bir vaxt keçməsinə baxmayaraq hələ də o stressdən çıxa bilmirəm. Buna görə də efirlərə çıxmıram. Çox zənglər olur, efirlərə dəvət alıram, amma hələ özümdə güc tapa bilmirəm. Toparlanıb yaz aylarında səhnə fəaliyyətimi davam etdirəcəm. Çünki sevənlərim çox narahatdır. Getdiyim hər yerdə onlar məni səhnədə, efirdə görmək istədiklərini deyir. Mən də anlayıram, bu, mənim sənətimdir, səhnədən ayrı qalmaq mənim üçün də əziyyətdir. Balıq susuz yaşaya bilmədiyi kimi sənət adamları da səhnədən kənarda sudan çıxarılmış balığa bənzəyirlər. Amma məndən asılı deyil. Hazırda pedoqoji və elmi fəaliyyətlə məşğulam. Musiqilərimizlə bağlı tədqiqat işləri aparıram. Kitablar üzərində çalışıram. Yeni mahnılarla inşallah sevənlərimin görüşünə gələcəm. Bir az da səbirli olsunlar”.

Qeyd edək ki, sənətçinin bacısı Mədəniyyət kanalının ədəbi dram verilişləri redaksiyasının rejissoru Arzu Mövlud 2021-ci ilin avqustunda dünyasını dəyişib. Yaşadığı ağır stressdən sonra Zümrüd Məmmədova səhnə fəaliyyətinə fasilə verib.

Cəvahir

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv