!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır xəstəliklə çarpışan Kərimlə bağlı oğlundan AÇIQLAMA: “Müalicə olunur, amma...”

!Reklam – Yazi

“Atamın vəziyyəti stabil olaraq qalır. Yataq şəraitindədir, nə danışır, nə hərəkət edir…”

Bunu uzun müddətdir ki, insult xəstəliyindən əziyyət çəkən tanınmış meyxana ustadı Ağakərimin səhhəti barədə danışan oğlu Kamil Novruzov Yenicag.az-a açıqlamasında deyib.

O, dava-dərmanın kömək olmadığını bilsələr də, müalicəni davam etdirdiklərini söyləyib:

“Atamın müalicəsi davam edir. Baxmayaraq ki, dava-dərmanın da heç bir köməyi yoxdur. Bununla belə həkimlər əllərindən gələni edir ki, atamın səhhətində irəliləyiş olsun. Amma vəziyyəti dəyişməz olaraq qalır”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən səhhətində ciddi problemlər yaranıb. Son iki ildir ki, meyxana ustadı yataq rejimindədir.

Cəvahir

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv