!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağstafa şəhərində kəsilən ağaclarla bağlı RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO

!Reklam – Yazi

Sosial şəbəkələrdə Ağstafa şəhərində, qışın oğlan çağında, həmişəyaşıl şam ağaclarının doğranması ilə bağlı vidogörüntü yayılıb. Videogörüntünü paylaşan sosial şəbəkə istifadəçisi yazıb ki, “Ağstafa şəhərinin mərkəzi küçəsində, yeni istifadəyə veriləcək “obyektin” görünüşünə mane olan şam ağacı obyekt sahibi tərəfindən doğranıb”.

Baş vermiş hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Oxu.az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov faktı təsdiqləyib və bildirib ki, ağaclar naməlum şəxslər tərəfindən kəsilib.

“Ağstafa şəhərində ağacların budaqlarının kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Ağstafa şəhəri H.Əliyev prospekti, 17 ünvanında üç ədəd şam ağacının budaqlarının naməlum şəxslər tərəfindən kəsildiyi müəyyən edilib. Ağacların qanunsuz budanması ilə bağlı təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hazırda hüquq-mühafizə orqanları ilə birgə  işlər davam edir”, – deyə Bəhruz Məhəmmədov bildirib.

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv