!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağstafada 8 Mart münasibəti ilə şəhid ailələrində xanımlar təbrik olundu - FOTOLAR

!Reklam – Yazi

RİH başçısı aparatının məsul əməkdaşları və Ağstafa RİH yanında İctimai Şuranın üzvləri Vətən oğullarının ailə üzvləri ilə görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə edib, onların qəlblərdə ən böyük qürur mənbəyi kimi daim yaşayacaqlarını qeyd ediblər.

Yenicag.az xəbər verir ki, şəhidlərimizin anaları onlara və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

4 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsini yad etmiş və onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söhbət açmışdır.

Daha sonra natiq şəhid ailələrinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğıdan geniş söhbət açaraq, şəhid analarını “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.

Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək, dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hər tərəfli inkişafında eyni zamanda ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçmiş vətən oğullarının yetişməsində Azərbaycan qadınının rolundan geniş söhbət açaraq, şəhid analarını “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.

Digər çıxışçılar YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, şəhid anası Güllü Babaşova Tədbirin sonunda şəhid ailələrinə gül dəstələri və hədiyyələr təqdim olunmuşdur.

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv