!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağstafada avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət aldı

!Reklam – Yazi

Ağstafada iribuynuzlu heyvanın magistral yola çıxması yol-nəqliyyat hadisəsi ilə nəticələnib.

Yenicag.az xəbər verir ki, hadisə Saloğlu qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin üç üzvü – 1984-cü il təvəllüdlü Ş.Şuşanidze, 1963-cü il təvəllüdlü M.Ukavadze və 1967-ci il təvəllüdlü F.Ələsgərova xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Avtomobilin sürücüsü və daha bir sərnişin isə xəstəxanaya getməkdən imtina ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv