Ağstafada mərmi və qumbaralar tapılıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Həsənsu kəndi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə su arxının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 6 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) və 1 ədəd 40 mm-lik silah qumbarası) aşkar olunub, daşınması mümkün olmadığına görə partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

COP29