Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100
Etiketlər

ANAMA

ANAMA etiketinə aid xəbərlər.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) sentyabrın 7-si saat 08:15-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Avqust 26-sı saat 11:54-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən ikimərtəbəli binanın zirzəmisindən 3 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

İyulun 29-u Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Borsunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin ev və həyətyanı sahələrə düşməsi barədə Daxili İşlər Nazirliyinin "192" Xidməti-Zəng mərkəzi sistemindən 15, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

Mayın 11-i saat 09:32-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində 1 ədəd 7.62 kalibirli patronla dolu darağın tapılması barədə məlumat daxil olub.