!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağstafada Silahlı Qüvvələr Günü qeyd olundu - FOTO

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibətilə Ağstafa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Dövlətimizin başçısı, Ali Baş komandan İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və sursatla təchiz edilməsi, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Rayon icra hakimiyyəti tərəfindən hərbi hissəyə qiymətli hədiyyələr təqdim olunub.

“N” saylı hərbi hissənin komandiri bayram münasibətilə şəxsi heyəti təbrik edib və xidmətdə fərqlənən bir sıra hərbi qulluqçulara fəxri fərmanlar verib.

 

www.yenicag.az

156
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100