Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağstafada Vətən müharibəsi şəhidimizin doğum günü qeyd edildi

Bu gün Vətən müharibəsi şəhidimiz Hüseynli Əliheydər Səlahəddin oğlunun doğum günüdür.

14 aprel 1994-cü ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olan Əliheydər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda həyata keçirilən döyüş əməliyyatlarına könüllü olaraq qatılmışdır.

Şəhidimizin doğum günü münasibəti ilə dəfn olunduğu doğma kəndin qəbirstanlığında məzarı ziyarət olunub, qəbrinə tər qərənfillər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhdimizin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əliheydər Hüseynli Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən şiddətli döyüşlərdə sücayət göstərib. 9 noyabr 2020-ci il tarixdə Xocavənd ərazisində döyüş tapşırığını yerinə-yetirən zaman şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə ali təhsil alan şəhidimiz nişanlı idi.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Loading...

www.yenicag.az

136
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100