!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağstafada Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edildi - FOTOLAR

!Reklam – Yazi

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ağstafa şəhərindən olan Vətən müharibəsi şəhidimiz Əhmədov Mahmud Fərman oğlunun adına inşa olunmuş bulaq abidə-kompleksini ziyarət edib.

Yenicag.az xəbər verir ki, ziyarətdə bulağın qarşısına əklil qoyulub, şəhidin xatirə lövhəsi önünə qızıl güllər düzülüb, əziz xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

Şəhidimizin ailəsi növbəti dəfə ziyarət olunub, onun vətənə, torpağa olan sonsuz sevgisindən və keçdiyi şərəfli döyüş yolundan geniş söz açılıb.

Allah şəhidlərimizə rəhmət etsin!

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv