!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda ictimaiyyətlə əlaqələr təlimi baş tutdu

!Reklam – Yazi

Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi çərçivəsində təlimlərini davam etdirir.

Sentyabrın 4-də Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan təlimdə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası yerli təşkilatı, Sosial Xidmətlər Agentliyi, Kobia – Ağsu, və s. qurumların nümayəndələri iştirak ediblər. Təlimdə dövlət qurumlarının ictimaiyyətlə münasibətlərinin düzgün qurulmasının vacibliyi, onların sosial şəbəkələrdən istifadəsinin əhəmiyyəti və yolları, dövlət məmurlarının imic və nüfuzu, vətəndaşların məlumatlandırılması mexanizmləri, vətəndaş məmnunluğu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları mövzunun aktuallığı və vacibliyini qeyd edərək məmur-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində addımların atılmasının mühümlüyünü qeyd ediblər.

Tədbirin təşkilində Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavidə göstərdiyi dəstəyə görə təşəkkür edirik.
Qeyd edək ki, layihə çərçivəsində STM 12 rayon mərkəzində təlimlər keçirəcək. Bundan öncəki təlimlər Şamaxı və İsmayıllıda baş tutub.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv