!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndilər

!Reklam – Yazi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, piyada səkilərində, yol kənarlarında antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Həmin şəxslərə qanunvericiliyin tələbləri izah olunub və ancaq müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılıb.

Ümumilikdə, cari il ərzində keçirilən yoxlamalar zamanı 47 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv