!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda sərxoş şəxs yanğın törətdi - FOTO

!Reklam – Yazi

Ağsu rayonunda qəsdən yanğın törədən şəxs müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, iyunun 24-də Ağsu şəhəri, Cavanşir küçəsində yanğın hadisəsi baş verib. Yanğının genişlənərək ətrafa yayılma, o cümlədən yaxınlıqdakı evə və qaz xəttinə keçmə təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qasımov Tural İfadə oğlu müəyyən edilib. T.Qasımov yanğını sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv