!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda taxıl sahəsində yanğın oldu - VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonunun Kəlağaylı kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, taxıl sahəsində baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək yaxınlıqdakı digər əkin sahələrinə keçməsi ehtimalı yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri ve təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək, genişlənərək digər taxıl sahələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində təxminən 4,5 hektar biçilməmiş, 1 hektar biçilmiş taxıl sahəsi və 400 kvadratmetr sahədə kol-kos yanıb, 4 ədəd elektrik dirəyi isə qismən yanıb. Ətrafdakı taxıl sahələri və hava elektrik xətləri yanğından mühafizə olunub.

 

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv