!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı 485 müraciət daxil olub

!Reklam – Yazi

Fevralın 5-də gecə saatlarında baş vermiş zəlzələ ilə bağlı Ağsu Rayon Fövqəladə Hallar Komissiyasına müraciətlər daxil olmaqdadır.

Yenicag.az xəbər verir ki, bu barədə “Trend”ə komissiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, bu günə qədər komissiyaya 485 müraciət daxil olub: “Daxil olan müraciətlərə əsasən 350 evə baxış keçirilib. Həmin evlərdən 91-i şəhərdə, 259-u isə kəndlərdədir. Zəlzələ nəticəsində 47 ev daha çox ziyan çəkib ki, həmin evlərin 44-ü sürüşmə zonasında yerləşən ərazilərdədir. Bu evlərin bəziləri sürüşmə zonasında olduğundan həmin evlərdə çatlar əmələ gəlib. Hazırda komissiya araşdırmaları davam etdirir”.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.

www.yenicag.az

1822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv