!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ-Azərbaycan sazişinin Rusiyaya TƏSİRİ: "İqtisadiyyatı tam çökənə qədər..." - ŞƏRH

!Reklam – Yazi

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan asılılığını azaltmaq üçün Azərbaycanla qeyd-şərtsiz qaz idxalı sazişi imzalamağı təklif edib.

Layihədə bildirilir ki, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq Xəzər təbii qazının Avropa İttifaqına və ola bilsin ki, Qərbi Balkan ölkələrinə tədarükünü diversifikasiyanı artırmasını nəzərdə tutur. Sənədə əsasən, tərəflər ikitərəfli təbii qaz ticarətini, o cümlədən Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına ixrac vasitəsilə 2027-ci ilə qədər kommersiya məqsədəuyğunluğu və bazar tələblərinə uyğun olaraq hər il ən azı 20 milyard kubmetr qaz həcmində dəstəkləməyi hədəfləyirlər.

Mövzu ilə bağlı sabiq maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiya bu müqaviləni heç də sevgi ilə qarşılamayacaq:

“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Rusiya qazından imtina edilməsi Avropa Birliyi ölkələri üçün o qədər də asan qərar deyil. Lakin ABŞ başda olmaqla, Qərb Rusiyanın aqressiyasını durdurmağın başqa yolunu tapa bilmədi. Cari ilin sonuna Avropa Birliyi ölkələri Rusiya qazından və neftindən demək olar ki, tam imtina edəcəklər. Avropa Birliyi ölkələrinin iqtisadiyyatı üçün bu nə qədər çətin olsa da, onlar bu seçimi etdilər. Təbii ki, AB ölkələri Rusiya qazından və neftindən imtina edə-edə bu enerji mənbələrinin alternativ variantları üzərində ciddi iş aparırlar. Hesab edirəm ki, böyük maliyyə imkanlarının ortada olduğu bir şəraitdə AB ölkələri bu problemi yaxın bir ildə uğurla çözə biləcəklər. Rusiya isə yaratdığı problemlərlə iqtisadiyyatı tam çökənə qədər üz-üzə qalmalı olacaq. Bu gün eyforiyada olan Rusiyanın siyasi rəhbərliyi bir ildən sonra nəyin baş verəcəyinin hələ ki, fərqində deyil.

Avropa Birliyinin alternativ qaz və neft mənbələrini müəyyən etmək istiqamətində atdığı addımlardan biri də Xəzər hövzəsinin qaz ehtiyatlarının Avropa ölkələrinə daha çox nəql edilməsinə çalışmasıdır. Düzdür, bu gün Xəzər hövzəsindən Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın cənub şərqində yerləşən ölkələrə Azərbaycan qazı çatdırılır. Lakin Avropa bu həcmin artırılmasında çox maraqlıdır və bu səbəbdən Azərbaycan hökuməti ilə müvafiq saziş imzalamaq qərarına gəlinib. Biz bir məsələni unutmayaq ki, Rusiya Ukrayna ilə müharibədən öncə Azərbaycanla tərəfdaşlıq müqaviləsi imzalayıb. Bütün hallarda Rusiya bu müqaviləni heç də sevgi ilə qarşılamayacaq”.

Gülşən Şərif

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv