!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aİ-də ən azı üç ölkə Azərbaycana qarşı soyuq müharibə elan edib” - İlham Əliyev

!Reklam – Yazi

“İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib”. 

Yenicag.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.

Dövlət başçısı bildirib ki, bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır:

“Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir. Mən Avropadan gələn qonaqlara dəfələrlə demişəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, o ərazi bütövlüyünü ki, siz də onu tanımısınız, bütün dünya da tanıyıb. O ərazi bütövlüyünü ki, BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün 4 qətnamə qəbul edib. Ancaq BMT bir şey edə bilmədi, Avropa İttifaqı bir şey etmək istəmədi, ATƏT və onun Minsk qrupu faktiki olaraq işğalçı Ermənistanın əlində bir anti-Azərbaycan alətə çevrilmişdi. Biz 28 il gözlədik. Biz sülh yolu ilə bunu həll etmək istədik. Amma biz gördük ki, bizə qarşı çıxanlar bu işğalı əbədi etmək istəyirlər. Onlar Ermənistandan Cənubi Qafqazda bir alət kimi istifadə etmək istəyirdilər ki, Ermənistan bütün qonşularına qarşı hücumlara keçsin. Biz haqqı bərpa etdik, öz ərazi bütövlüyümüzü müdafiə etdik, suverenliyimizi bərpa etdik. Yəni Macarıstan buna görə bizi müdafiə edir. Azərbaycan olmasın, istənilən başqa ölkə olsun, əgər o, haqq yolundadırsa, əminəm ki, bugünkü Macarıstan Hökuməti onun yanında olacaq”.

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv