!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ-nin Azərbaycan üçün YARASIZLIĞI: "Hansısa xeyirdən söhbət gedə bilməz" - ŞƏRH

!Reklam – Yazi

“Avropa Birliyinin prosesə qoşulması Azərbaycan üçün yararlı olmayacaq”. 

Bunu Ermənistan-Azərbaycan arasında vasitəçilik edə biləcək ölkələrdən hansının daha optimal olmasına cavab verən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.

Sülhəddin Əkbər bildirib ki, siyasi-diplomatik müstəvidə Rusiya inhisarçılığını heç kimə verməyəcək:

“Gələcəkdə ideal variant o ola bilər ki, Rusiya ilə bərabər Türkiyə də bərabər hüquqlu şəkildə prosesə qoşulsun.

Avropada iki aparıcı dövlətdən biri olan Fransanın birmənalı Ermənistanı müdafiə etdiyini nəzərə alsaq, Avropa Birliyinin hansısa xeyrindən söhbət gedə bilməz. Sadəcə olaraq bu Azərbaycana Rusiyanın inhisarçılığı qarşısında manevr imkanı verir. Azərbaycan bundan siyasi-diplomatik müstəvidə operativ-taktiki manevr məqsədi ilə istifadə edə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv