Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyində Yunanıstanda baş verən meşə yanğınlarında çoxsaylı insan tələfatı ilə əlaqədar bayraqlar endirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Report-a nümayəndəlikdən bildirilib.
Xatırladaq ki, Yunanıstanda baş vermiş meşə yanğınları nəticəsində 79 nəfər ölüb, 187 nəfər (164 yetkin şəxs və 23 uşaq) xəsarət alıb. Təsdiq olunmayan məlumatlara görə, 100-dən çox insan itkin düşmüş sayılır.