!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Aİ-nin Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir" - Zaxarova

!Reklam – Yazi

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir, regionda gərginliyi artırır.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Ermənistan ərazisindən Aİ missiyası ölkəmiz, İran və Azərbaycan haqqında casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına, hətta geridönməz nəticələrə gətirib çıxara bilər”, – o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Bakı ilə İrəvan arasında “münasibətlərin həlli resepti” Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əməl etməkdir.

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv