Reklam

Reklam

Aİ miqrasiya sazişi çərçivəsində qaçqınların qəbuluna görə Türkiyəyə maliyyə yardımını konkret layihələr üzrə ayıracaq.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşündən sonra mətbuat konfransında bildirib.

“Aİ yaxın zamanda miqrasiya sazişi üzrə Türkiyəyə maliyyə dəstəyi göstərməlidir. Pullar qaçqınların qəbuluna görə konkret layihələrə xərclənməlidir”, – deyə Merkel qeyd edib.

Qeyd edək ki, martda Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişi əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."