!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ qərarı təsdiqlədi - Rusiya MB-nin aktivləri donduruldu

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) Rusiya Bankının aktivlərinin dondurulması qərarını təsdiqləyib.

Yenicag.az-ın məlumatına görə, bu barədə müvafiq qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunub.

Sənəddə qeyd olunub: “Rusiya Mərkəzi Bankının ehtiyatlarının, habelə aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatlar, o cümlədən Rusiya Mərkəzi Bankının adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar qadağandır”.

Qeyd edək ki, ötən gün Aİ diplomatiyasının rəhbəri Josep Borrel bildirib ki, Aİ ölkələrinin xarici işlər nazirləri Ukraynada hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyalar, o cümlədən “Rusiya Mərkəzi Bankının aktivlərini iflic edəcək məhdudlaşdırıcı tədbirlər” barədə razılığa gəliblər.

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv