!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ Rusiyanın qaz idxalındakı payını azaltmaqda davam edir

!Reklam – Yazi

Avropa Birliyi Rusiyanın təbii qaz idxalındakı payını 40 faizdən 7,5 faizə endirib.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Tallində Estoniyanın Baş naziri Kaja Kallas ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında məlumat verib.

Belə ki, Avropa Birliyi enerji sahəsində Rusiyadan asılılıqdan xilas olmaq üçün gördüyü tədbirlər çərçivəsində bu qərarı verib.

Avropa İttifaqı Komissiyasının sədri öz çıxışı zamanı, “Rusiya kömüründən tamamilə qurtula bildik. Bundan əlavə, ilin sonuna kimi Rusiyadan alınan neftin payını 10 faizə endirəcəyik. Müharibənin əvvəlində idxal olunan qazda Rusiyanın payı 40 faiz idi. Biz Rusiyadan alınan neftin payını ilin sonuna qədər 10 faizə endirəcəyik”, – deyə qeyd edib.

Rusiyanın şantajından qaçmağın ən yaxşı yolunun bərpa olunan enerji və təmiz transformasiyanı sürətləndirmək olduğunu bildirən Leyen vurğulayıb ki, 20-21 oktyabrda keçiriləcək Aİ Liderlər Zirvəsinə qədər enerji qiymətlərinin aşağı salınması ilə bağlı yeni təkliflər hazırlanacaq.

Gülşən

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv